“İran İsrailə qarşı cavab hazırlığı görür”.
Globalinfo.az “Azad İran” Teleqram kanalına istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbərinin müşaviri Əli Laricani deyib.
O bildirib ki, ölkənin müvafiq hərbi və dövlət orqanları İsrailə cavab verməyə hazırlaşır və İsrailin hesablamalarını tənzimləmək prinsipi qüvvədə qalır.
O əlavə edib ki, hərbi rəsmilər hazırda bu işlə məşğul olur və bu, milli təhlükəsizliklə bağlı olduğu üçün diqqət və müəyyən qədər məxfilik tələb edən məsələdir.