İran İsrailə 100-dən çox raket atdı – Bir hərbi baza vuruldu

İran İsrailə 100-dən çox raket atdı - Bir hərbi baza vuruldu

Dəməşqdəki konsulluğunun atəşə tutulmasına cavab olaraq İran İsrailə 185 dron və 36 qanadlı raket atıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “New York Times” İsrail rəsmilərinə istinadən məlumat yayıb.

İki İsrail rəsmisinin sözlərinə görə, Tehran İsrailə 110 yer-yer tipli raket atıb.

Bildirilib ki, hücumun böyük hissəsi İrandan həyata keçirilib. Buna baxmayaraq ki, İraq və Yəməndən də az sayda dron buraxılıb.

Bundan əvvəl İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari İran aprelin 13-də İsrail ərazisinə 200-dən çox raket və pilotsuz uçuş aparatı atdığını açıqlayıb.

Hədəflərin əksəriyyəti ələ keçirilib və ən azı bir nəfər yaralanıb. Hücum nəticəsində bir hərbi baza cüzi ziyan gördüyü qeyd edilib.