Tehran üçüncü ölkə vasitəsilə İsraili xəbərdar edərək İran ərazisinə edilən hücuma cavab verməyəcəyini bildirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Skay Nyus Arabia” telekanalındakı mənbə məlumat verib.
Qeyd edək ki, İsrail Müdafiə Ordusu oktyabrın 26-da İranın hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.
Oktyabrın 1-də İran HƏMAS hərəkatı, Livanın “Hizbullah” təşkilatı və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (Silahlı Qüvvələrin elit hissələri) rəhbərliyindəki şəxslərin öldürülməsinə cavab olaraq İsrail ərazisinə kütləvi raket zərbəsi endirib.