WhatsApp Image 2026 03 31 at 00.30.18

İran müharibə ərazində ilk dəfə öz ərazisinə zərbə endirə bilər.

Globalinfo.az xəbər verir ki, bunu amerikaşünaslıq üzrə ixtisaslaşmış politoloq Konstantin Bloxin Gazeta.ru-ya müsahibəsində deyib.

O bildirib ki, ABŞ İranın Xarq adasında quru əməliyyatlarına başlayarsa, İran neft infrastrukturuna zərbə endirə bilər.

“Bu ada İrana yaxındır. İran hətta düşmən əlinə keçməsinin qarşısını almaq və xüsusilə də həmin Amerika əsgərlərini məhv etmək üçün öz neft infrastrukturunu vura bilər”, – K.Bloxin vurğulayıb.

Amerikalı tədqiqatçı deyib ki, İranın istənilən ərazisini genişmiqyaslı hücum olmadan ələ keçirmək mümkün deyil.

Onun sözlərinə görə, ABŞ hərbi heyəti adaya eniş edərsə, İran ordusu buranı raketlərlər vuracaq.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: