Iran 1 900x506 2

İran Yaxın Şərq ölkələrinə qarşı qisas hücumlarını dayandıra bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Diplomatın sözlərinə görə, əgər region ölkələri ABŞ-ın İran ərazisinə hücum etmək üçün öz ərazilərindən və hərbi obyektlərindən istifadə etməsinə icazə verməsələr, Tehran onlara qarşı cavab zərbələrini dayandıracaq.

O qeyd edib ki, İranın region xalqlarına və dövlətlərinə qarşı düşmənçilik niyyəti yoxdur. Bununla belə, ölkə özünü müdafiə etmək hüququnu qoruyub saxlayır.

“Hərbi təcavüzə və bəzi ölkələrin bazaları və resurslarının İrana hücum etmək üçün istifadəsinə cavab olaraq, beynəlxalq hüquqa uyğun şəkildə özünümüdafiə etmək və təcavüzün mənbələrinə zərbə endirmək hüququnu özümüzdə saxlayırıq”, – deyə Bəqai bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: