“İran MAQATE inspektorlarının gözündən kənar nüvə silahı işləyib hazırlaya bilməz”.
Globalinfo.az xəbər verir ki, bunu MAQATE rəhbəri Rafael Qrossi deyib.
“İndiki şərtlərdə MAQATE inspektorları çətin ki bunu gözdən qaçırsınlar. Bunu gizlicə etmək mümkün deyil”, – o bildirib.
Qeyd edək ki, bundan öncə “Axios” portalı ABŞ hökumətinin Tehranın nüvə silahı hazırlaması ilə bağlı fəaliyyətini aşkar etdiyini bildirib. Jurnal Vaşinqtonun bununla bağlı İranı xəbərdar etdiyini söyləyib.
Əliyar Xəlil
Globalinfo.az














