
“Müctəhidlərdən hər hansı birinə hücum edilərsə, bölgədəki heç bir Amerika məmuru sağ qalmayacaq”.
Globalinfo.az xəbər verir ki, bunu SEPAH-ın koordinatorunun müavini Məhəmmədrza Nəqdi ABŞ Prezidenti Donald Trampın İranın Ali rəhbəri Əli Xamenei ilə bağlı son açıqlamalarına reaksiya verərkən deyib.
“Şiə müctəhidlərdən hər hansı birinə ən kiçik bir hücum olsa, uğurlu və ya uğursuz, Amerika məmurları bölgədən sağ çıxmayacaq. Bölgədəki bütün Amerika diplomatları, hərbçiləri və əməkdaşları öldürülməsələr də, əsir götürüləcək”, – o deyib.
Nəqdi birbaşa Trampa sərt dillə müraciət edərək “Sus və yerində otur, tərbiyəsiz” deyib.