İran əsilli sənətçi Qurani-Kərimi cırdı – VİDEO

İran əsilli sənətçi Firuzə Bazrafkan Danimarkanın paytaxtı Kopenhagendə İran səfirliyi qarşısında müqəddəs Qurani-Kərimin vərəqlərini cırıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşıb.

Belə ki, o, Qurani-Kərimin vərəqlərini cıraraq rəndədən keçirib.

Bazrafkan bu əməlini İranın Qurani-Kərimə hörmət edilməsini tələb etməsinə görə törətdiyini bildirib.

Qeyd edək ki, bundan öncə də Danimarka və İsveçdə dəfələrlə Quran kitabının yandırılmasına dövlət səviyyəsində icazə verilib.