İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hazırda ABŞ-la heç bir əlaqə yoxdur.
Globalinfo.az xəbər verir ki, o, bu barədə “NBC News”a müsahibəsində danışıb.
Nazir qeyd edib ki, “amerikalılar bizimlə danışmaq istəsələr, mənimlə necə əlaqə saxlaya biləcəklərini bilirlər”. O əlavə edib ki, İran gərginliyin azaldılmasına hazırdır, lakin bunun üçün ilk növbədə ABŞ və İsrailin hücumları dayandırılmalıdır.
Əraqçi həmçinin vurğulayıb ki, İran kənar yardım olmadan özünü müdafiə etmək gücündədir.
Aysel Əliyeva
Globalinfo.az