aviat 10951880912 1

İranın vurduğu ABŞ-a məxsus F-15E təyyarəsinin son anda katapult edərək xilas olan pilotunun axtarışları davam edir. 

Globalinfo.az xəbər verir ki, İranın Xuzistan bölgəsi ərazisində qəzaya uğradığı bildirilən təyyarənin axtarışı üçün ABŞ qüvvələri səfərbər edilib.

Pilotun sağ tapılması və İrana əsir düşməsinin qarşısının alınması üçün bütün tədbirlərin görüldüyü bildirilir.

Digər tərəfdən, İranın da həmin pilotu axtardığı və ələ keçirərək Vaşinqtona qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığı qeyd olunur.

Hətta yerli xalqın pilotu tapıb orduya təslim etmələri üçün mükafat elan olunub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: