iran israile qarshi ilk defe nesrullah raket sistemini tetbiq etdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin İordaniyada yerləşən Əl-Əzraq hərbi hava bazasını raketlərlə hədəfə aldığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə, əməliyyat zamanı bazaya doğru ümumilikdə 10 ballistik raket buraxılıb.

SEPAH bildirib ki, zərbələr Yaxın Şərqdə ABŞ qüvvələrinin komandanlıq və idarəetmə məntəqələrinə qarşı həyata keçirilən əməliyyatın tərkib hissəsi olub. Hücumun əsas hədəflərindən birinin İordaniyadakı Əl-Əzraq hava bazası olduğu qeyd edilib.

Hadisə ilə bağlı ABŞ və ya İordaniya rəsmiləri hələlik rəsmi açıqlama verməyiblər. Məlumat müstəqil mənbələr tərəfindən də təsdiqlənməyib.

Paylaş: