Maksimum təzyiq siyasətini davam etdirdiyi müddətcə ABŞ ilə birbaşa danışıqlara girməyəcəyik.
Globalinfo.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
“ABŞ Prezidenti Donald Trampın maksimum təzyiq siyasətini tətbiq etdiyi müddətdə İran ABŞ-la nüvə proqramı ilə bağlı danışıqları bərpa etməyəcək”, – İran XİN başçısı Abbas Araqçı bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Ali Rəhbərinə məktub göndərərək İranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün danışıqlara çağırdığını və onun hərbi əməliyyatdansa diplomatiyaya üstünlük verdiyini vurğuladığını bildirib.
Aysel Əliyeva
Globalinfo.az














