“Taxılın qiyməti kəskin arta bilər” – Dünya böhran astanasında

“Lavrov taxıl sazışinin uzadılmayacağını bildirir, buğdanın qiyməti yenidən qalxa bilər. İndi Lavrov, ötən ay da Putin “taxıl müqaviləsi”ndən çıxmaq barədə fikirlər (təhdidlər) səsləndirdi. Şərt olaraq ABŞ qarşısında Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulması, kənd təsərrüfatı texnikasının loqistikasının – ehtiyat hissələrinin və servis xidmətinin bərpası, limanlara giriş qadağasının aradan qaldırılması məsələlərini tələb kimi qoyurlar”.

Globalinfo.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.

O bildirib ki, Amerikanın bu tələblərdən azı ikisini rədd edəcəyi şübhəsizdir:

“ABŞ-ın bunu heç bir halda qəbul etməsi real görünmür. “Taxıl müqaviləsi”ndən çıxmaq isə hər iki tərəf üçün problemlər yarada bilər. Eyni zaman da taxılla bağlı problemlər yaransa, bu zaman Moskva Vaşinqtonun digər təzyiqləri ilə üzləşəcək. Ona görə də kompromisə gəlinə bilər.

Məsələn, Rosselxozbank-ın SWIFT sisteminə yenidən qoşulması və limanlara giriş qadağası saxlanıla, amma kənd təsərrüfatı texnikasının loqistikasının – ehtiyat hissələrinin və servis xidmətinin bərpası mümkün ola bilər. Yox, əgər kompromis əldə edilməsə qiymətlərdə bir müddət böyük artımlar ola bilər”.

Zaira Akifqızı
Globalinfo.az