Azərbaycanda təhsilin həm maliyyələşdirilməsi, həm də keyfiyyətinin yaxşılaşdırılması vacib məsələlərdəndir.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı bunu parlamentin bugünkü plenar iclasında bildirib.
Deputat vurğulayıb ki, Neftçalada təhsil sahəsində ciddi çatışmazlıqlar var:
“Bəzi məktəblərdə qış aylarında pəncərələrin şüşəsi neylon materialla əvəzlənir. Çətin şəraitdə təhsil alan şagirdlərin nəticələri isə kifayət qədər yüksəkdir. Onlar Bakının nüfuzlu məktəblərində oxuyan və yüksək bal toplayan şagirdlərdən geri qalmırlar.
Neftçalada qazlaşdırma ilə bağlı da problemlər mövcuddur. Yeni Qışlaq kəndində qadınlar odun doğramağa məcbur qalırlar. Avropaya qaz ixrac edən Azərbaycanın kəndlərində belə problemlərin olması yolverilməzdir”.
Safura Bənnayeva
Globalinfo.az