İqor Qruşevski İspaniyada ölü tapıldı – Detallar

İqor Qruşevski İspaniyada ölü tapıldı - Detallar

Ukrayna Daxili İşlər Nazirliyinin 61 yaşlı keçmiş məmuru İqor Qruşevski İspaniyada ölü tapılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “El Espanol” nəşri məlumat yayıb.

Qeyd olunub ki, ukraynalının cəsədi Villajoyosadakı Kala Alta yaşayış kompleksinin yaxınlığındakı hovuzda tapılıb.

Ukrayna Xarici İşlər Nazirliyinin məlumatına görə, Qruşevskinin ölümünə səbəb suda boğulma olub.

Əliyar Xəlil
Globalinfo.az