İntensiv yağıntılar Təhsil Sektorunun binasına ziyan vurdu – FOTO

İntensiv yağıntılar Təhsil Sektorunun binasına ziyan vurdu - FOTO

İntensiv yağıntılar Yardımlı Rayon Təhsil Sektorunun binasına ziyan vurub.

Globalinfo.az Yurd.Media-ya istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində binanın hasarı uçub.

Bundan başqa, binanın bir hissəsinə də ziyan dəyib.

Qeyd edək ki, bir neçə müddətdir Yardımlı rayonunda intensiv yağıntılar müşahidə olunur.