İnstaqramda problem yarandı

İnstaqramda problem yarandı

Dünyanın bir sıra ölkələrində İnstaqram sosial şəbəkəsinin istifadəçiləri xidmətin işində nasazlıqlardan şikayət edirlər.

Globalinfo.az xəbər verir ki, bu barədə məşhur internet-resursların fəaliyyətini izləyən “Downdetector” saytı məlumat yayıb.

İstifadəçilərin 65 faizi xidmətin özünün işləməsindən, 26 faizi isə serverlərə giriş problemlərindən şikayət ediblər.

Nasazlıq daha çox ABŞ, Braziliya, Böyük Britaniya, Kanada, Niderland və Fransada müşahidə edilir.