
İdmançıların həbsinin təfərrüatı məlum olub.
Globalinfo.az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, adıçəkilən idmançılar başqa bir idmançını döyüblər.
X X X
Yanvarın 4-də saat 03 radələrində paytaxtın Xətai rayonunda bir qrup idmançının xuliqanlıq zəminində insident törətməsi barədə məlumatlar yayılıb.
Globalinfo.az-ın xəbərinə görə, bununla bağlı DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən — Elnur Həmidov, Elçin Hüseynov, Elvin Məmmədov müəyyən olunaraq saxlanılıblar.
Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.














