İngiltərə səfiri Bakıda jurnalistlərlə görüşdü və bunları dedi – Foto/Video

İngiltərə səfiri Bakıda jurnalistlərlə görüşdü və bunları dedi - Foto/Video

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan mediasının 150 illik yubileyi münasibətilə öz iqamətgahında bir qrup jurnalisti qəbul edib.

Globalinfo.az xəbər verir ki, səfir medianın hər bir demokratik cəmiyyətdə mühüm rolu oynadığını qeyd edib.

“Media cəmiyyətə məlumat verir, ictimai müzakirəni təşviq edir və hakimiyyətin məsuliyyət daşımasına kömək edir. Bu baxımdan güclü, azad və peşəkar media mühüm əhəmiyyət daşıyır”.

Diplomat çıxışı zamanı Böyük Britaniyanın Azərbaycanla əməkdaşlığa önəm verdiyini də vurğulayıb:

“Birləşmiş Krallıq Azərbaycanın media sahəsində inkişafına dəstək verməyə davam edəcək”.

Sonda səfir Azərbaycan jurnalistlərini və media nümayəndələrini bu əlamətdar yubiley münasibətilə təbrik edib.

Tahir Turan
Globalinfo.az