İngiltərədə turnir tarixinin ən erkən qollarından biri vurulub – VİDEO

İngiltərə Premyer Liqasının XXVI turunda “Arsenal” “Bornmut”u qəbul edir.

Globalinfo.az xəbər verir ki, “Emirates”də keçirilən qarşılaşmada turnir tarixinin ən erkən qollarından biri vurulub. “Bornmut”un futbolçusu Filip Billinq matçın 9-cu saniyə, 11-ci millisaniyəsində hesabı açıb.

“Opta”nın məlumatına görə, bu, Premyer Liqa tarixinin ikinci ən sürətli qoludur. Daha öncə yalnız “Sauthempton”un heyətində Şeyn Lonq 2018/19 mövsümündə “Uotford”la qarşılaşmada daha erkən fərqlənə bilib. Ona qol vurmaq üçün 7 saniyə, 69 millisaniyə kifayət edib.