AVRO-2024: İngiltərə finalda

AVRO-2024: İngiltərə finalda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Niderland və İngiltərə yığmaları arasında keçirilən yarımfinal görüşü başa çatıb.

Globalinfo.az xəbər verir ki, qarşılaşma 1:2 hesabı ilə ingilislərin xeyrinə başa çatıb.

***

Uotkins 91-ci dəqiqədə İngiltərəni hesabda önə çıxardı: 1-2.

***

Görüşün 18-ci dəqiqəsində Harri Keyn penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirdi: 1-1.

***

Simons 7-ci dəqiqədə Niderlandı hesabda önə keçirdi: 1-0.

***

Niderland – İngiltərə qarşılaşması start götürdü.

Canlı yayımı təqdim edirik:

***

Almaniyanın ev sahibliyi etdiyi Avropa çempionatının yarımfinal mərhələsində üz-üzə gələcək Niderland və İngiltərə yığmalarının heyətləri açıqlanıb.

Globalinfo.az xəbər verir ki, milli komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Niderland: Verbrug, Dumfris, De Vriy, Vircil Van Deyk, Natan Ake, Simons, Qakpo, Depay, Malen, Skouten

İngiltərə: Pikford, Uolker, Stons, Saka, Maino, Rays, Fil Foden, Cud Bellinqem, Harri Keyn, Trippier, Quei

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.