Futbol üzrə dünya çempionatının 1/16 mərhələsində növbəti qarşılaşma baş tutub. İngiltərə millisi Konqo ilə qarşılaşıb.
Globalinfo.az xəbər verir ki, 7-ci dəqiqədə Konqo hesabı açsa da, bu, oyun ərzində komandanın qazandığı yeganə qol olub.
Cipenqanın vurduğu qol birinci hissədə Konqonu hesabda üstün saxlasa da, ikinci hissənin sonlarına doğru İngiltərə hesabı bərabərləşdirib.
Harri Keynin 75 və 86-cı dəqiqələrdə vurduğu qollar oyunun taleyini həll edib. İngiltərə qarşılaşmadan qalib kimi ayrılaraq 1/8 finala yüksələn növbəti komanda olub.