messi milli

Argentina yığmasının hücumçusu Lionel Messi turnirdə daha neçə qol vurmaq niyyətində olduğunu açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Fabricio Romano X-da paylaşım edib.

“Çempionatda daha neçə qol vura bilərəm? Yorulmuşam və indi bu barədə düşünmürəm. Sadəcə komanda yoldaşlarımla birlikdə qələbədən zövq almaq istəyirəm”, – deyə Messi bildirib.

Qeyd edək ki, Argentina yığması dünya çempionatının qrup mərhələsinin ikinci turunda Avstriya komandasını 2:0 hesabı ilə məğlub edib.

Messi 9-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib, lakin 39-cu dəqiqədə hesabı açıb. 90+5-ci dəqiqədə isə dubl edərək yekun nəticəni müəyyənləşdirib. Bu qol onun dünya çempionatlarında vurduğu 18-ci qol olub. Bununla argentinalı futbolçu Mirislav Klozeni (16 qol) geridə qoyaraq mundialların tarixində ən yaxşı bombardirlər siyahısında birinci yerə yüksəlib. Üçüncü yerdə isə Kriştiano Ronaldo 15 qolla qərarlaşıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: