İndoneziyalı qadın Baydenə görə həbsə düşdü

İndoneziyanın Qərbi Yava əyalətindən olan bir qadın Bali ştatının Nusa Dua şəhərində ABŞ prezidenti Co Baydenin kortejinə müdaxilə etmək istəyərkən polis tərəfindən həbs edilib.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, Bali polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kombes Setianto hadisəni təsdiqləyib. Onun sözlərinə görə, qadın ABŞ prezidenti Co Baydenin korteji küçədə hərəkət edərkən “Müharibəyə son qoyun. İnsan haqları. Sülh” yazılmış pankart açaraq, solo piketə başlayıb.

Setiantonun sözlərinə görə, “ehtiyatsız hərəkətlər nəticə verməyib”, çünki o, hadisə yerində olan növbətçi polis əməkdaşları tərəfindən dərhal dayandırılıb.

“Onun heç nə etməyə vaxtı yox idi – hətta afişaları düzgün açmağa belə”, – Setianto deyib.

O əlavə edib ki, ilkin araşdırmanın nəticələrinə görə, qadın ötən cümə günü dostları ilə birlikdə Baliyə istirahətə gəlib. Daha sonra ciddi mühafizə zonasına daxil olub. Güman edilir ki, o, ABŞ prezidenti Co Baydenin təqvimini YouTube-da G20 sammitinin canlı yayımı vasitəsilə öyrənə bilərdi.