İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı artıb

İndoneziyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, Marapi vulkanı yaxınlığında itkin düşən sonuncu turistin də cəsədi tapılıb.

Hazırda vulkanda aktivlik davam edir. 3 gün ərzində 5 güclü püskürmə qeydə alınıb.