İncə pornogörüntülərdən danışdı, hədəf göstərdi – VİDEO

Türkiyədə prezidentlik yarışından geri çəkilən Məmləkət Partiyasının sədri Muharrem İnce və həyat yoldaşı Ülkü İnce Ankarada Yaşamkent Şener Çakmak Anadolu Liseyində 4617 saylı seçki məntəqəsində səs veriblər.

Globalinfo.az oxu.az-az-a istinadla xəbər verir ki, jurnalistlərə açıqlama verən siyasətçi yayılan pornogörüntüləri ilə bağlı danışıb.

O, köhnə dostları da daxil olmaqla, bir çoxlarını məhkəməyə verəcəyini bildirib.

“Pornokaset sui-qəsdi deyilən bir şey yoxdur. Bunlar montajdır, sübut olunub. Köhnə dostlarım da daxil olmaqla, hamısını məhkəməyə verəcəyəm. Ortada böhtan əlaməti var. Montaj var. Həmin kadrlar real deyil. O videolar real deyil. Bu barədə Baş Polis İdarəsi məlumat yayıb. Ortada terror təşkilatı var. FETÖ var. Xahiş edirəm, xəbərinizi düzgün yazın. Mənim ləyaqətimlə oynamayın. Bunun arxasında terror təşkilatı dayanır. Mən özümü, namusumu Türkiyə dövlətinə əmanət etmişəm. Bunu yayanların hər birini məhkəməyə verəcəyəm”, – İncə bəyan edib.