İmran Xanın partiyasına o rəhbərlik edəcək

Pakistanın müxalifətdə olan Ədalət Uğrunda Hərəkat Partiyasına müvəqqəti olaraq təşkilatın sədr müavini Şah Mahmud Qüreyşi başçılıq edəcək.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə siyasi partiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qüreyşi partiyanın həbsdə olan sədri İmran Xanın səlahiyyətlərini icra edəcək.

Qeyd edək ki, ölkənin keçmiş baş naziri olmuş İmran Xan 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökumətin sabiq başçısı korrupsiyada təqsirli bilinib. Məhkəmə ona 1209 dollar məbləğində cərimə cəzasına dair qərar da qəbul edib.

Xatırladaq ki, 2018-2022-ci illərdə Pakistanın Baş naziri vəzifəsində çalışan İmran Xana ötən ilin aprelində etimadsızlıq göstərilib və o, oktyabr ayında keçirilən seçkidən kənarlaşdırılıb. Ardınca da beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edilib.