İmişlidə Rasimin ailəsi yolu bağladı – TƏLƏB

İmişlidə Rasimin ailəsi yolu bağladı - TƏLƏB

İmişlidə 9 aydır itkin düşən 11 yaşlı Rasim Xankişiyevin yaxınları və həmkəndliləri Qaragüvəndikli kəndinin avtomobil yolunu bağlayaraq etiraz aksyası keçirirlər.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, aksiya səhər saatlarından başlayıb və hələ də davam edir.

Rasimin atası Vasif Xankişiyev bildirib ki, 9 aydır oğlunun itkin düşməsi ilə bağlı istintaqın gedişatında heç bir irəliləyiş yoxdur: “İşin açılmasında vacib rol oynayan insanlar istintaqa cəlb olunmur. Ona görə də istintaqın hərəkətsizliyinə etiraz olaraq məcbur qalıb yolu bağlamaq qərarı verdik ki, şikayətçi olduğumuz şəxlər istintaqa cəlb edilsinlər”.