Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Şəhriyar adına Mədəniyyət Mərkəzində olacaq.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib.
*** 18:37
Cabir İmanovun nəşi məsciddən Bilgəhdəki bağ evinə aparılıb.
Globalinfo.az “Unikal”a istinadla xəbər verir ki, əməkdar artistlə vida mərasimi sabah keçiriləcək.
Saat 12:30-da Cümə Məscidində cənazə namazı qılınacaq. Daha sonra mərhum aktyor Yasamaldakı Qurd Qapısı qəbiristanlığında dəfn olunacaq.
*** 17:20
Əməkdar artist Cabir İmanovun nəşi təşrih üçün Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə aparılıb.
Globalinfo.az-ın xəbərinə görə, Oxu.Az-ın əməkdaşı bildirir ki, daha sonra onun nəşi Əjdərbəy məscidinə aparılıb.
Qeyd edək ki, Cabir İmanov bu gün idman zalında infarkt keçirərək vəfat edib.