İmamoğludan yeni xəbər: qərar verildi

İmamoğludan yeni xəbər: qərar verildi

Dörd aydır Silivri Həbsxanasında saxlanılan İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlunun magistr diplomu da ləğv edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

İstanbul Universitetinin Sosial Elmlər İnstitutu İmamoğlunun magistr dərəcəsini ləğv edib. Belə ki, 24 iyul 2025-ci ildə keçirilən iclasda onun magistraturanı bitirmə prosedurlarının etibarsız olduğuna qərar verilib. Onun dissertasiyası da silinəcək”, – deyə bildirib.

Əliyar Xəlil
Globalinfo.az