İmamoğlu polisə ifadə verdi, sabah məhkəməyə çıxarılır – YENİLƏNİB

ekrem 2

İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun ifadəsi alınıb.

Globalinfo.az xəbər verir ki, İBB sədri ifadə zamanı özünə qarşı irəli sürülən bütün ittihamları rədd edib.

Əkrəm İmamoğlu sabah yerli vaxtla saat 21:00-da məhkəmə binasına gətiriləcək.

***16:08

İstanbul Bələdiyyə Başçısı Əkrəm İmamoğlu ifadə verir.

Globalinfo.az xəbər verir ki, onun Vətən Polis İdarəsində sorğulandığı bəlli olub.

Qeyd edək ki, İmamoğlu da daxil olmaqla 106 nəfər haqqında həbs qərarı çıxarılıb, ümumilikdə 88 nəfər saxlanılıb.

Dünən 88 nəfərin ifadəsi alınmağa başlanıb. İstanbul meri 3 gündür həbsdədir.

Əliyar Xəlil
Globalinfo.az