Bu gün İstanbul Böyük Şəhər Bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu hakim qarşısına çıxarılıb.
Globalinfo.az xəbər verir ki, bu onun barəsində “rəsmi sənədlərdə saxtakarlıq” ittihamı üzrə ilk məhkəmədir.
İmamoğlu məhkəmə zalına daxil olarkən alqışlarla qarşılanıb.
Qeyd edək ki, sözügedən ittihamlar üzrə Ə.İmamoğlunun 8 il 9 aya qədər həbs edilməsi tələb olunur.















