İlon Mask “X”də yenilik etdi – 24 saata qədər…

İlon Mask "X"də yenilik etdi – 24 saata qədər...

Amerikalı milyarder İlon Maska məxsus “X” sosial şəbəkəsində yenilik edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə iş adamı özü məlumat verib.

O bildirib ki, artıq yeni mesajlaşma xidməti var:

“Bu, “XChat” adlanır. Xidmətdə mətn şifrələməsi, fayl paylaşımı, yoxa çıxan mesajlar, qrup söhbətləri və bir sıra digər funksiyalar mövcuddur. Yenilik artıq ödənişli abunə ilə bəzi istifadəçilər üçün əlçatandır. Vatsap və Telegramda olduğu kimi, 5 dəqiqədən 24 saata qədər taymer ilə mesajlar yoxa çıxacaq, həmçinin telefon nömrəsini göstərmədən səsli və video zənglərin ediləcək”, – Mask qeyd edib.

Əliyar Xəlil
Globalinfo.az