İlon Maskdan Ermənistanı məyus edən qərar

İlon Maskdan Ermənistanı məyus edən qərar

ABŞ Ermənistanda “Demokratik Mədəniyyətin Təşviqi” proqramının maliyyələşdirilməsini ləğv edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Nəşr yazır ki, Ermənistan üçün 2 milyon məbləğində yardımın nəzərdə tutulduğu layihə Vaşinqton hökumətində səmərəsiz hesab edilib. Bu, ümumilikdə Ağ Ev tərəfindən ləğv edilən və 215 milyard dəyərində olan 139 qrantdan biridir.

Məlumata görə, bu barədə qərar milyarder İlon Maskın ABŞ hökumətinin Səmərəlilik Departamentinə rəhbərlik etdiyi dövrdə verilib.

Həmçinin Böyük Britaniya, Moldova, Özbəkistan, Braziliya, Belarus və digər ölkələrdə də analoji layihələrin ləğv edildiyi açıqlanıb.

Ayşən Mustafa
Globalinfo.az