İlkin Həsəni yükdaşıma şirkətini məhkəməyə verdi – Səbəb

Yükdaşıma şirkəti olan “Azcargo Logistics and Management  Services” MMC məhkəməyə verilib. 

Globalinfo.az qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı “İlk Media” MMC-dir. İddiaya Bakı Kommersiya Məhkəməsinin hakimi Günay Namazovanın sədrliyi ilə baxılacaq. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrdən ibarətdir.

“Azcargo Logistics and Management Services” MMC 27 dekabr 2012-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 AZN olan şirkətin qanuni təmsilçisi Mustafayev İsmixan Məmməd oğludur. O, həm də şirkətin icraçı direktorudur.

“Azcagro Logistics and Management Services” MMC bundan əvvəl “ASR-Traffik” MMC adı altında fəaliyyət göstərib. MMC həm də 188 yükdaşıma xidməti kimi tanınır.

“İlk Media” MMC-yə gəlincə, şirkət 13 noyabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. Şirkətin qanuni təmsilçisi isə Həsəni İlkin Aydın oğludur.

İlkin Həsəni tanınmış teleaparıcı, “Bozbaş Pictures” layihəsinin rəhbəri və “Şəmi müəllim” obrazının müəllifidir.