a2eff9db 4c82 4778 aed3 b2b6c91e46f5

İlk türkiyəli astronavt Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada olduğu müddətdə Türkiyə ilə tez-tez əlaqə saxlayacaq.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gezeravcı stansiyadakı missiyası zamanı Türkiyə ilə ən azı 7 dəfə əlaqə quracaq.

Onun ilk olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışacağı bildirilir.

Astronavtının proqramına ailəsi və sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır ilə əlaqə də daxildir.

Gezeravcı Bursadakı Gökmen Kosmik Aviasiya Təhsil Mərkəzi və Ankaradakı Tübitak Kosmos Mərkəzi ilə əlaqə quracaq.

Paylaş: