“Ballon D’Or” mükafatını fransız ulduz Usman Dembele qazanıb.
Globalinfo.az xəbər verir ki, Fransanın “France Football” jurnalının versiyasına əsasən, 2024/25-cü illər mövsümünün yekunlarına görə “Qızıl top”a PSJ-nin hücumçusu U.Dembele layiq görülüb.
İkinci sıranı İspaniya “Barselona”sının üzvü Lamin Yamal, üçüncü yeri isə PSJ-nin digər futbolçusu Vitinya tutub.
Dembele mükafatlandırma mərasimində göz yaşlarına hakim ola bilməyib.















