İlin ən yaxşı futbol klubu seçildi

İlin ən yaxşı futbol klubu seçildi

“France Football” nəşrinin təsis etdiyi “Qızıl top” mükafatının mərasimində ilin ən yaxşı futbol klubu seçilib.

Globalinfo.az xəbər verir ki, bu, Fransanın “PSJ” komandasıdır.

Paris təmsilçisi ötən mövsüm Fransa çempionatını, Fransa kubokunu və Superkubokunu, eləcə də UEFA Çempionlar Liqası ilə Superkubokunu qazanıb.

Komanda həmçinin FIFA Klublararası Dünya Çempionatının finalına çıxıb və burada İngiltərənin “Çelsi” klubuna 0:3 hesabı ilə məğlub olub.