İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirildi – FOTOLAR

 

İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirildi – FOTOLAR

Fevralın 18-də Hilton Hoteldə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Dövlət. Cəmiyyət. Cinayətkarlıq” mövzusunda beynəlxalq konfrans keçirilib.

Globalinfo.az xəbər verir ki, öncə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov konfrans iştirakçılarını salamlayıb.

O, tədbirin keçirilmə məqsədindən söz açıb:

“Bir-iki ay öncə Moskvada yoldaşlarla birgə qərara gəldik ki, bu tədbiri Bakı şəhərində keçirək. Təşəbbüsü də açığı, elə özüm verdim. Bu tədbirin Bakıda keçirilməsində əsas məqsəd odur ki, xaricdən gələn 9 ölkədən 30-dan çox nümayəndəyə müstəqil Azərbaycanda belə tədbirləri yüksək səviyyədə keçirməyin mümkün olduğunu izah edək. Biz sübut etməliyik ki, Azərbaycanda da güclü alimlər və elm var”.

Professor konfransda iştirak edən Türkiyə nümayəndə heyətinə dəhşətli zəlzələdə həlak olanlara görə başsağlığını çatdırıb, yaralananlara şəfa diləyib. Həmçinin bu fəlakətdə valideynlərini itirən iki azyaşlıya hesab açıb, yetkinlik yaşına çatana qədər yardım etməyi öz üzərinə götürüb.

Daha sonra Rusiya Elmlər Akademiyasının prezidentinin müavini, Rəyasət Heyətinin üzvü, Rusiya Federasiyasının hökuməti yanında Qanunvericilik və Müqayisəli Hüquq İnstitutunun direktoru, hüquq elmləri doktoru, professor Taliya Xabriyeva bildirib ki, cinayətkarlığa qarşı mübarizə bütün ölkələrdə aktual hesab olunur: “Bunun üçün tarixən və bu günümüzdə də tövsiyələr işlənib hazırlanıb”.

O, ötən il çox vacib hadisənin baş verdiyini deyib. Qeyd edib ki, assosiasiyanın prezidenti İlham Rəhimov Rusiya Elmlər Akademiyasının tərkibinə seçilib: “Keçən ilin sonuna yaxın İlham Rəhimov Rusiya Elmlər Akademiyasının xarici nümayəndəsi seçildi. O, həmçinin akademiyanın Fəxri Fərmanı ilə təltif olundu”.

Daha sonra Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Rəyasət Heyətinin üzvü, akademiyanın Dövlət və Hüquq institutunun direktoru, hüquq elmləri

doktoru, professor Savenkov Aleksandr Nikolayeviç çıxış edib. O, ilk olaraq Rusiya Federasiyasının Ədliyyə nazirinin təbrikini çatdırıb:

“Nazir konfrans iştirakçılarına müraciətində vurğulayır ki, Azərbaycan, Moldova, Ukrayna, Serbiya və digər ölkələrin hüquq sahəsinin mütəxəssislərinin bir araya gətirilməsi uğurlu addımdır. Cinayətkarlığa qarşı mübarizə bütün ölkələrdə prioritet hesab edilir. Bizim hazırda burada iştirak etməyimiz onu göstərir ki, dövlətlərimiz hüquqi bəşəri dəyərlərə sadiqdir. Rusiya Federasiyasından hüquq nümayəndələrindən də burada hüquqşünaslar yer alır. Düşünürəm ki, fikirlərimizi çatdıra biləcəyik”.

Bolqarıstandan olan nümayəndə “Slavyane” Fondunun sədri, hüquq elmləri doktoru, professor Zaxariya Zaxariyev çıxışında Baltikyanı ölkələrdə demokratiyanın olmadığını qeyd edib:

“Hazırkı beynəlxalq vəziyyət qeyri-sabitdir. Bu isə terrorizmin və radikalizmin genişlənməsinə səbəb olur. Planetimizin bütün sülhsevər ölkələrində gərginliyin azaldılması, sülh mühitinin bərpası müzakirə mövzusudur. Kapitalizm öz tarixi resursunu tamamilə tükədib. COVID-19 pandemiyası zaman ötdükcə “avtoritarizm pandemiyası”na çevrildi, bəzi qüvvələr üçün əsas silah oldu”.
Rusiya Federasiyasının Əməkdar hüquqşünası, hüquq elmləri doktoru, İstintaq Komitəsi Akademiyasının professoru Yuri Vladimiroviç məruzəsində bildirib ki, cinayət hüququ çox mürəkkəb sosial sistemdir:

“Hüquqi maarifləndirməni sosial sistemlərə salmağı çox vaxt unudurlar. Ətrafımızda gördüklərimizi necə başa düşsək, elə də yaşayacağıq. İstənilən sosial sistem cəmiyyəti idarə etmək üçün yaradılır. Əks halda cəmiyyətin buna ehtiyacı yoxdur”.

Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş prokuroru Ridvan Gündoğdu və Türkiyə Notariuslar İttifaqının Baş katibi İbrahim Gül məruzələrində Kahramanmaraşda zəlzələdə həyatını itirənlərə görə kədər içində olduqlarını bildiriblər. İbrahim Gül bu müddətdə ölkələrinə göstərilən yardımlara görə təşəkkür edərək, bu dostluğu unutmayacaqlarını söyləyib:
“Qardaş ölkəyə millətimiz adına təşəkkür edirik. Burada bizi bir-birimizə bağlayan sadəcə eyni köklərdən gəlməyimiz deyil, həm də hüquqi dəyərlərimizdir. Daha öncə 2015-ci ildə İlham Rəhimovun dəstəyi ilə hüquq forumu keçirilmişdi. Bu konfrans da prezidentlər Rəcəb Tayyib Ərdoğan və Vladimir Pultin tərəfindən dəstəklənmişdir. İnanırıq ki, gələcək yüz ilin taleyini bu coğrafiyada yaşayan xalqlar müəyyən edəcəkdir”.

Rusiya Federasiyasının elm xadimi, Hüquq üzrə Ali Məktəblərin Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor Sergey Nikolayeviç Baburin də zəlzələ ilə bağlı Türkiyə nümayəndələrinə başsağlığı verib. O, məruzəsində Rusiya və dünya ölkələrinin nüvə silahı məsələsinə yanaşmalarının insanlığın sosial inkişafına təsirindən danışıb.

Məruzələr dinləndikdən sonra digər konfrans iştirakçıları da çıxış ediblər və mövzu ilə bağlı geniş müzakirələr aparılıb.

Qeyd edək ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanımış hüquqşünasları, QHT və KİV nümayəndələri, eləcə də, Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya və s. ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak edib.

İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirildi – FOTOLAR

İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirildi – FOTOLAR İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirildi – FOTOLAR İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirildi – FOTOLAR İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirildi – FOTOLAR İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirildi – FOTOLAR İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirildi – FOTOLAR İlham Rəhimovun təşəbbüsü ilə Bakıda beynəlxalq konfrans keçirildi – FOTOLAR

Ayşən Mustafa
Globalinfo.az