prez 31

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Prezident İlham Əliyevə başsağlığı verib.

Globalinfo.az xəbər verir ki, başsağlığında deyilir:

““Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda faciəvi şəkildə qəzaya uğraması nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması xəbərini dərin kədər hissi ilə qarşıladım.

Zati-alinizə və dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir, həlak olanların ruhlarının şad olmasını diləyir, onların ailələrinə səbir və dözüm arzulayıram. Yaralananların tezliklə şəfa tapacaqlarına ümid edirəm.

Hörmətli cənab Prezident, bir daha dərin hüznlə başsağlığımı bildirir, Sizə və dost Azərbaycan xalqına sülh, əmin-amanlıq, sabitlik arzulayıram”.

X X X

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, başsağlığında deyilir:

“Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirəm.
Dünyasını dəyişənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!”

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tani də Prezident İlham Əliyevə başsağlığı göndərib.

Başsağlığında deyilir:

“Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə əlaqədar Zati-alinizə və həyatını itirənlərin ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə şəfa tapmalarını arzulayıram.

Həlak olanlara Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!”

X X X

Küveyt Dövlətinin Baş naziri Əhməd Abdullah əl-Əhməd əl-Sabah Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb.

Globalinfo.az xəbər verir ki, başsağlığında deyilir:

“Dost Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikasında qəzaya uğraması nəticəsində insanların həlak olmaları və yaralanmaları xəbərini dərin hüznlə qarşıladıq.

Zati-aliləri, bu faciəvi hadisə ilə bağlı kədərinizi bölüşür, Sizə başsağlığı veririk. Qəzanın qurbanlarına Uca Allahdan rəhmət diləyir, yaralananların tezliklə sağalmalarını arzulayırıq”.

Paylaş: