Leyla Abdullayeva Fələstin səfiri ilə görüşdü – FOTO

Azərbaycanın fransadkı səfiri Leyla Abdullayeva Fələstinin bu ölkədəki səfiri Hala Abou-Hassira ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Leyla Abdullayeva tviter səhifəsində məlumat verib.

Diplomat bildirib ki, Hala Abou-Hassira ilə görüş zamanı maraqlı müzakirə aparılıb.

“Hörmətli həmkarıma səmimi qəbula və faydalı fikir mübadiləsinə görə təşəkkür etmək istərdim”, – deyə Leyla Abdullayeva paylaşımında bildirib.

Leyla Abdullayeva Fələstinin Fransadakı səfiri ilə görüşüb