İlham Əliyev iki ölkə ilə vacib sənədləri təsdiqlədi

“Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Sənəd 2024-cü il mayın 7-də Bakı şəhərində imzalanıb.

Həmçinin, dövlət başçısının digər fərmanı ilə “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında qarşılıqlı ticarətin statistikasına dair məlumatların mübadiləsi sahəsində əməkdaşlıq haqqında Protokol” təsdiqlənib.

Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Gömrük Xidməti arasında gömrük idarəetməsinin təkmilləşdirilməsi məqsədilə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş”in təsdiq edilməsi barədə fərman da imzalayıb.

Dövlət başçısının digər fərmanı ilə, “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş” təsdiq edilib.

Eyni zamanda, Prezident “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında Qırğız Respublikasında dövlət xidmətləri mərkəzlərinin təkmilləşdirilməsinə dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında fərmanı da imzalayıb.

Qırğız Respublikası ilə sənədlər 2024-cü il aprelin 24-də Bakı şəhərində imzalanıb.