İlham Əliyev 10 qadını əfv etdi

İlham Əliyev 10 qadını əfv etdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb.

Globalinfo.az xəbər verir ki, əfv sərəncamı 10 qadına şamil olunub, onlardan 5 nəfər həbsxanadan azadlığa buraxılır, 1 nəfər islah işləri cəzasına məhkum edilib cəzanın çəkilməmiş hissəsindən azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və cəzalarının çəkilməsi təxirə salınıb cəzadan azad edilib, 2 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib və cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Əfv sərəncamına düşən qadınlar aşağıdakılardır:

Cəfərova Raminə Elbrus qızı, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 23 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

Kamallı Aynur Hikmət qızı, 1988-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2023-cü il 19 iyul tarixli hökmü ilə məhkum edilmişdir.

Qəniyeva Nərmin Rəşad qızı, 1991-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 1 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.

Cəfərova Raminə Elbrus qızı, 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Sumqayıt Şəhər Məhkəməsinin 2021-ci il 23 avqust tarixli hökmü ilə məhkum edilmişdir.

Məhərrəmova Səadət Babək qızı, 1997-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2022-ci il 14 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

Qasımova Gülarə Mahmud qızı, 1960-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2022-ci il 29 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

Məlikova Aygün Cəbil qızı, 1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Cəlilabad Rayon Məhkəməsinin 2022-ci il 10 mart tarixli hökmü ilə məhkum edilmişdir.

Heydərova Güney Aleksandr qızı, 1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2020-ci il 12 mart tarixli hökmü ilə məhkum edilmişdir.

Mirzəyeva Günər Sultan qızı, 1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Apellyasiya Məhkəməsinin 2020-ci il 16 iyun tarixli hökmü ilə məhkum edilmişdir.

İsgəndərova Xalidə İsmixan qızı, 1969-cu ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2016-cı il 14 sentyabr tarixli hökmü ilə məhkum edilmişdir.