eliyev pasinyan

Sentyabrın 15-16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçiriləcək. 

Globalinfo.az bildirir ki, Modern.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, təşkilata üzv olan bütün ölkələr sammitdə iştirak edəcək.

Bundan əlavə, müşahidəçi dövlətlərin – Belarus, İran və Monqolustan prezidentləri də tədbirə qatılacaqlar.

Rusiya KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan, Ermənistan, Türkmənistan və Türkiyə liderlərinin Şanxay Əməkdaşlıq Təşkilatının sammitinə fəxri qonaq qismində gəlməsi gözlənilir.

Paylaş: