Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistanda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Globalinfo.az xəbər verir ki, görüş Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə toplantısının keçirildiyi Səmərqənd şəhərində baş tutub.
Görüşdə ölkələrimiz arasında müttəfiqlik münasibətlərinə əsaslanan dostluq və qardaşlıq əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, bölgədə vəziyyət və təhlükəsizlik məsələləri müzakirə edilib, Soçi görüşünün nəticələri barədə fikir mübadiləsi aparılıb.
Cumhurbaşkanı Recep Tayyip Erdoğan, Türk Devletleri Teşkilatı 9’uncu Zirvesi’ne katılmak üzere gittiği Özbekistan’da, Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ile bir araya geldi https://t.co/p9xhAPCtHd
— ANADOLU AJANSI (@anadoluajansi) November 10, 2022














