İkinci qızıl medal qazanıldı: Hacı Əliyev dördüncü dəfə Avropa çempionu oldu – VİDEO

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvan finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla Əliyev karyerasında dördüncü dəfə Avropa çempionluğu tituluna yiyələnib.

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə (57 kq) də Xorvatiyadakı Avropa çempionatının qalibi olub.

***

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal qazanmaq şansını əldən verib.

Globalinfo.az xəbər verir ki, o, 65 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Erik Aruşanyana 6:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə 57 kq çəkidə Avropa çempionu olub.

***

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Avropa çempionatının finalında qızıl medal qazanıb.

Globalinfo.az xəbər verir ki, güləşçimiz təcrübəli türkiyəli güləşçi Süleyman Atlıya inamlı şəkildə qalib gələrək, ilk qızıl medalı aktivimizə yazdırıb.

Xatırladaq ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.