İrandan Ronaldo ilə bağlı AÇIQLAMA

İranın İspaniyadakı səfirliyi portuqaliyalı hücumçu Kriştiano Ronaldonun iranlı rəssam Fatimə Həmamini öpdüyünə görə ona qarşı fiziki cəza verilməsi ilə bağlı məlumatı şərh edib.

Globalinfo.az xəbər verir ki, açıqlama səfirliyin “X” sosial şəbəkə hesabında yerləşdirilib.

“Onun Fatimə Həmami ilə səmimi və insani görüşü həm xalq, həm də ölkənin idman rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib və rəğbətlə qarşılanıb”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Asiya Çempionlar Liqasında “Persepolis”lə oyunda iştirak etmək üçün İrana səfər edən Ronaldo portretini çəkən yerli rəssamla görüşüb. Futbolçu fiziki məhdudiyyətli rəssam qızı qucaqlayıb öpüb. Daha sonra bunun İran qanunlarına zidd olduğu, Ronaldonun bu addımının zina kimi qiymətləndirildiyi və 99 şallaq cəza ala biləcəyi bildirilirdi.