Düşmən xarici güclər müxalifətin və KİV-in köməkliyi ilə Gürcüstanı xəritədən silmək istəyirlər.
Globalinfo.az xəbər verir ki, bunu Gürcü Arzusu Partiyasının fəxri lideri Bidzina İvanişvili deyib.
“Düşmənlər Gürcüstanı özlərinin yerli agenturasının köməkliyi ilə xəritədən silmək istəyirlər. Onlar indiyə qədər heç bir işğalçının bacarmadığını etməyə hazırlaşırlar” – obildirib.
İvanişvili Mixail Saakaşvili və onun komandasının xarici ölkələrin maraqlarına xidmət etdiyini, Gürcüstanı müharibəyə çəkmək istədiklərini söyləyib.
Qeyd edək ki, bundan öncə İvanişvili partiyasının parlament seçkilərində üstünlük qazanacağı halda Saakaşvilinin partiyasını ölkədə qadağan edəcəyini açıqlamışdı.