Hakim “Gürcü arzusu” partiyasının təsisçisi və onun fəxri sədri Bidzina İvanişvili mayın 14-də Tbilisiyə səfər edəcək ABŞ dövlət katibinin köməkçisi Ceyms O`Brayenlə görüşdən imtina edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.
“Bu tələb O`Brayen tərəfindən səsləndirilib, hansı ki, Bidzina İvanişvili görüşdən imtina edib”, – Kobaxidze vurğulayıb.
Qeyd edək ki, Almaniya Bundestaqının Xarici Əlaqələr Komitəsinin rəhbəri Mixail Rot, həmçinin Aİ-nin bir sıra ölkələrinin parlamentlərinin xarici siyasət komitələrinin rəhbərləri Tbilisidədir. Onlar Gürcüstanın müxalifətçi deputatları ilə görüş keçiriblər.
Müşviq Tofiqoğlu
Globalinfo.az