esger

Rusiya ilə sülh razılaşması əldə olunarsa, Böyük Britaniya və Fransa Ukraynaya 15 minə qədər əsgər göndərəcək”.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Times” qəzetinin mənbələrə istinadən məlumat yayıb.

“Britaniya əvvəlcə 64 min nəfərlik daha geniş koalisiyanın bir hissəsi olaraq 10 min əsgər göndərməyi planlaşdırırdı. Müdafiə Nazirliyi sonradan ordunun böyüklüyü nəzərə alınmaqla bu planların mümkün olmadığını etiraf etdi. London 7500-dən az əsgər göndərəcək. Britaniyadan başqa Fransa da Ukraynaya qoşun göndərməyə öhdəlik götürən yeganə ölkədir”, – deyə o bildirib.

Qeyd edək ki, yanvarın 6-da Parisdə Avropa liderləri, eləcə də ABŞ Prezidentinin səfiri Stiv Uitkoff və Ağ Evin kürəkəni Cared Kuşnerin qatıldığı “könüllülərin koalisiyası” sammiti keçirilib.

Görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski, Böyük Britaniyanın Baş naziri Kir Starmer və Fransa Prezidenti Emmanuel Makron Kiyevdə çoxmillətli qüvvələrin yerləşdirilməsi ilə bağlı bəyannamə imzalayıblar .

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: